“Rusiyanın Vilnüsdəki səfirliyi georgiyev lenti paylayır” .
Lent.az-ın “nysuru”-ya istinadən məlumatına görə, Litvadan olan bloqqer Şarunas Matulyuviçus lentin Litvada yayılması ilə bağlı məlumatda bildirib: “Bu xəbəri mən “Haqqı işi uğurunda. Litvadakı ruslar birləşin” qrupunda oxudum.
Son zamanlar “Facebook" administratorlarına georgiyev lentini əldə etmək istəyənlərdən çoxlu sayda müraciətlər daxil olur. Onlara həmin an ünvanı göstərir: Rusiya səfirliyi, Vilnüs, Latvya küçəsi”.
Xatırladaq ki, İkinci dünya müharibəsində faşistlərə qarşı savaşın simvollarından biri olan bu lent (Georgiyev medalında bu lent var) Krımın Rusiya tərəfindən ilhaqından sonra Ukraynadakı separatçıların atributuna çevrilib.
Bloqqer bildirib ki, bu lent Ukraynadakı olaylardan sonra Litvada “qürur simvolu” kimi yayılıb.