«Rusdilli Kütləvi İnformasiya Vasitələri Litvada ictimai rəyə və vəziyyətə Rusiyanın təsir alətidir».
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Litva Dövlət Təhlükəsizlik Departamentinin (DTD) ölkəni milli təhlükəsizliyinə həsr olunan amillərlə bağlı hesabatında, bu, vurğulanıb.
Qurumun hesabatına əsasən, Litvadakı rus dilli KİV «birbaşa RUsiya informasiya siyasətinin nəzarəti altındadır».
Ondan «Rusiyanın təsir vasitələrindən biri kimi informasiya və ideoloji siyasətin icraçısı olaraq istifadə edilir».
DTD rusdilli belə KİV sırasında «Litovski kuryer», «Obzor» və «Ekspress nedelya»-nı örnək kimi göstərib.