Messinin qardaşı qanunsuz silah gəzdirirmiş
05 oktyabr 2015 10:39 (UTC +04:00)

Messinin qardaşı qanunsuz silah gəzdirirmiş

0

Argentina millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin böyük qardaşı Matias Messi qanunsuz silah gəzdirməkdə ittiham olunur.

 

Lent.az-ın Report-a istinadən məlumatına görə, oktyabrın 3-də Argentinanın Rosario şəhərində polis əməliyyat keçirərkən Matiasın da avtomobilində yoxlama aparıb. Baxış zamanı maşından lisenziyası olmayan tapança aşkar edilib. O, 4 saat polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, Matias Messi 2008-ci ildə də oxşar hadisə ilə üzləşib. Həmin vaxt da Lionel Messinin qardaşı qanunsuz silah gəzdirdiyi üçün həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar