APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın cənub-şərqinə göndərilən humanitar yardımın bölüşdürülməsinin plan üzrə gedəcəyinə və yardımı bütün ehtiyacı olanlar alacağına ümid edir. S. Lavrov qeyd edib ki, artıq humanitar yardımı aparan yük maşıları Rusiyaya qayıdıb.
Rusiya XİN başçısı Ukraynaya növbəti humanitar yardımın göndərilməsi ilə bağlı planların olduğunu da söyləyib: "Biz artıq Ukrayna XİN-ə növbəti humanitar yardım karvanını göndərmək niyyətində olduğumuzu bildirmişik. Rusiya ümid edir ki, bu həftə ərzində eyni marşrutla ikinci humanitar yardım Ukraynaya göndəriləcək".