Rusiyanın xarici işlər naziri Haaqada ukraynalı həmkarı Andrey Deşitsi ilə görüşüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, görüşdən sonra o, bildirib: «Bütün bölgələrin iştirakı ilə Ukraynada genişmiqyaslı Ana Yasa islahatı aparılmalıdır».
Rusiyalı diplomat jurnalistlərə açıqlamasında qeyd edib ki, heç kim Rusiyanı «Böyük -8»-likdən qova bilməz».
«Səkkizliyə» gəldikdə, bilirsiniz, bu qeyri-formal bir klubdur. Ona üzvlük bileti yazılmır, heç kimi təyinatla kimisə qova bilməz»- deyə, S.Lavrov bildirib.
Xatırladaq ki, bu ilin yayında «böyük-8»-liyin sammitinin Rusiyada keçirilməsi nəzərdə tutulmuşdu. Martın 24-də isə Britaniyanın baş naziri Devid Kemeron Krımda baş verənlərdən sonra bu tədbirin Rusiyada keçirilməyəcəyini bəyan edib.