Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın müvəqqəti xarici işlər naziri Andrey Deşitsa ilə danışıqları kəsdiyini bəyan edib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, rusiyalı diplomat jurnalistlərə açıqlamasında deyib: “Ona baxanda yadıma bir ifadə düşür: “Oxuya bilmirsənsə, oxuma”. Andrey Deşitsa atılmış tikədir”.
S.Lavrov Deşitsa ilə gələcək münasibətə toxunaraq, əlavə edib: “Onunla danışmağa sözüm yoxdur”.
Xatırladaq ki, iyunun 14-də Moskvanın Kiyevdəki səfirliyinin binası qarşısında keçirilən etiraz aksiyasında çıxışı zamanı A.Deşitsa Rusiya hakimiyyətinin, özəlliklə Rusiya prezidenti Vladimir Putinin ünvanına tənqidi fikirlər söyləyib. Kremlin rəsmiləri bunu təhqir kimi qəbul edib. Çeçenistanın başçısı Ramzan Kardırov da bu məsələyə münasibət bildirərək, Deşitsanın “diz çökərək”, ondan “üzr istəməsini” və “istefa verməsini” tələb edib.