Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Ukraynanın şərqində yerləşdirilməsi ilə bağlı məlumatları təkzib edib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu S. Lavrov Pekində ABŞ dövlət katibi Con Kerri ilə görüşdən öncə deyib.
ABŞ Dövlət departamenti nümayəndəsi Cen Psakinin rus qoşunlarının Ukraynadakı mövcudluğuna dair sübut gətirə bilmədiyini deyən rusiyalı diplomat qeyd edib ki, Rusiya Ukraynada atəşkəs sazişinin tələblərinin yerinə yetirilməsi işində bilavasitə iştirak etmir.
Bununla belə S. Lavrov Minsk razılaşmalarının vacibliyini önə çəkib, habelə rəsmi Kiyevlə separatçıları ayrıcı xəttin çəkilməsi prosesini yekunlaşdırmağa çağırıb.