Lavrov: Təyyarələrimizin hədəfi İŞİD-in yanacaq və silah anbarlarıdır
01 oktyabr 2015 21:44 (UTC +04:00)

Lavrov: Təyyarələrimizin hədəfi İŞİD-in yanacaq və silah anbarlarıdır

0

Rusiya hava qüvvələrinin Suriyada hədəfi İŞİD-in yanacaq və silah anbarlarıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov BMT-də keçirilən mətbuat konfransında jurnalistin İŞİD-dən başqa digər müxalifət qüvvələrinin də Rusiyanın Suriyada hədəfi olub-olmaması ilə bağlı sualına cavabında bildirib.  

 

Qeyd edək ki, Rusiyanın Suriyada ilk hava zərbələrindən sonra bir çox qərb KİV-ləri məhz bu versiyanı irəli sürüb.  

 

“Siz deyirsiniz ki bu faktdır. Bəlkə siz mənə məlum olmayan məlumata maliksiniz?” - deyə Lavrov jurnalistə cavabında qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar