Moskva birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun fikrincə, Ukraynanın cənub-şərqində "ikinci Krım" olmayacaq: "Belə ki, Krım özü-özlüyündə unikaldır, bu Rusiya torpağıdır".
Sergey Lavrov Rusiya prezidentinin Pyotr Poroşenkonu Ukraynanın cənub-şərqinə tətbiq etdiyi maliyyə, iqtisadi və sosial izolyasiya qərarına yenidən baxmağa çağırdığını söyləyib: "Bu siqnalı Rusiya prezidenti Vladimir Putin axırıncı telefon danışığı zamanı Poroşenkoya göndərib. Biz inanırıq ki, o, ölkə əhalisinin böyük hissəini narahat edən məsələlərin həllində maraqlı olmalıdır".
Bununla yanaşı Rusiya XİN başçısı Pyotr Poroşenkonun Ukrayna üçün hazırda ən yaxşı şans olduğunu diqqətə çatdırıb: "Deyə bilmərəm ki, bizim Ukrayna prezidenti pyotr Poroşenko ilə əlaqə qurmağımızda hansısa çətinliklər var. Ən azından, iki ölkənin rəhbərləri arasında müntəzəm dialoq gedir".