“İranla razılaşmanın əldə olunmasına dair əsas töhfəni ABŞ verib”.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Qeyd etməliyəm ki, razılaşmanın əldə edilməsində əsas töhfəni məhz ABŞ-ın danışıqlardakı nümayəndələri verib. ABŞ-ın yekun nəticənin əldə olunmasına yönələn səyləri, tərəfləri qane edən kompromis axtarışları olmadan razılaşma əldə edilə bilməzdi”, deyə S.Lavrov bildirib.