Latviyada parlamentə seçkilər keçirilir
04 oktyabr 2014 10:59 (UTC +04:00)

Latviyada parlamentə seçkilər keçirilir

0

Bu gün Latviyada parlament seçkiləri keçirilir. Lent.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri səhər yerli vaxtla 07.00-da açılıb. Aparılan rəy sorğularına görə, 21.00-da bitəcək seçkinin favoriti sosial-demokratların təmsil etdiyi “Razılıq” partiyasıdır. “Birlik” partiyası, “Yaşıllar və kəndlilər” ittifaqı və Milliyyətçi partiyası sosial-demokratların əsas rəqibləridir.

 

Adları çəkilən 4 siyasi partiya hazırda parlamentdə təmsil olunur. Parlament seçkilərində ümumilikdə 13 partiya iştirak edəcək.


Təxminən 300 min rusdilli Latviya sakini isə seçkilərdə iştirak edə bilməyəcək. Onlar “qeyri-vətəndaş” statusu daşıdıqlarına görə səs vermə hüququndan məhrumdurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar