Fransa ilə Britaniya arasında hərəkət edən bərənin göyərtəsində yanğın baş verib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, La-Manş boğazı bölgəsindəki Fransanın dəniz prefekturası bildirib ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Məlumata əsasən, yanğın Britaniyanın cənubunda, Duvr limanında “Seaways” şirkətinin bərəsində baş verib. Alov və tüstüsündən xəsarət alanların 5-i sərnişin, 5 –i isə ekipaj üzvüdür. Bərədəki sərnişinlərin qalanı uğurla hadisə yerindən köçürülüb.