Küveyt Milli Assambleyası (parlament) komissiyasının başçısı Həmdan əl-Əzəmi ölkə vətəndaşı və tursit qadınların çimərlik geyimində, açıq-saçıq paltar geyərək, sahildə, üzgüçülük hovuzları və başqa ictimai yerlərdə gəzməsini yasaqlayan qanun layihəsini təsdiqləyib.
Lent.az- ın “Nyusru”-ya istinadən məlumatına görə, mayın 28 –də “Küveyt tayms” qəzeti bu haqda xəbər yayıb.
Əl-Əzəmi “çılpaq geyim” termininin dəqiqləşdirməsə də, qeyd edib ki, yalnız bikini deyil, istənilən “uyğun olmayan paltarı” geymək qadağandır. Bu qanun otellərdə qalanlara da şamil edilir.
Mənbə xatırladıb ki, 2011-ci ildə parlamentin uyğun komissiyası oxşar təşəbbüsün konstitusiyaya qarşı olduğunu bildirərək, təsdiqləməmişdi.
“Gulf nyus” bildirib ki, əl-Əzəmi etik baxımdan bu dəfə layihəni təsdiqləyib. O, hesab edir ki, qadınlar uyğun olmayan geyimi, sekslə məşğul olması, musiqini uca səslə dinləməsi, habelə rəqs etməsi, mahnı oxuması və sahildə itlə gəzməsi ilə mənəvi normaları pozur.