Kürdlər türkmənlərin Kərkük şəhərinə nəzarət etmək niyyətindədir
28 iyun 2014 00:37 (UTC +04:00)

Kürdlər türkmənlərin Kərkük şəhərinə nəzarət etmək niyyətindədir

“İraq Şam İslam Dövləti” yaraqlılarının İraqa basqınından ən çox əziyyət çəkən türkmənlərdir. Onlar yalnız yurdlarından didərgin düşməyib, həm də torpaqları üzərində nəzarət kürdlərin əlinə keçib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, İraqın şimalındakı kürd yarımmuxtar bölgənin lideri Məsud Barzani bildirib ki, neftlə zəngin Kərkük şəhərinə nəzarət etmək niyyətindədirlər.

 

Qeyd edək ki, İraq ordusu bu ərazidən çıxıb.

 

Onun sözlərinə görə, Kərkük məsələsi uzun müddətdir mərkəzi Bağada hakimiyyəti ilə ölkənin şimalındakı kürdlər arasında mübahisə mövzusu idi və bu problem artıq həll edilib.

 

İyunun 26-da Barzani Kərkükdə olub və orada yaraqlı kürd dəstələri, “peşmərgələrin” vəziyyəti ilə tanış olub. Kürdlər iddia edir ki, İraq ordusu iki həftə öncə bölgəni tərk edib və şəhəri onlar “sünni cihadçılarından qoruyurlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824
avatar

Oxşar yazılar