Kürd silahlıları Sincar şəhərini İŞİD-dən azad etdi
20 dekabr 2014 22:40 (UTC +04:00)

Kürd silahlıları Sincar şəhərini İŞİD-dən azad etdi

0

Kürd peşmərgə qüvvələri İraqın şimal-şərqindəki Sincar şəhərini İŞİD terror qruplaşmasından  azad edib.    

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, kürd silahlı birləşmələri İŞİD-ə qarşı  iki gün əvvəl başladıqları genişmiqyaslı əməliyyatı davam etdirərək bu gün Cincar şəhərinə daxil olublar.  Məlumata görə, peşmərgələr hazırda şəhərin və ətraf qəsəbələrin  yollarını minalardan və partlayıcı qurğu təmizləyir.

 

Hazırda bölgədə qızğın döyüşlər davam edir. Əməliyyatın İraqın kürd bölgəsinin lideri Məsud Bərzaninin şəxsi komandanlığı altında keçirildiyi bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar