Kürd silahlı birləşmələri Suriyada İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazilərin əsas hissəsi hesab olunan Rakka əyalətinin sərhədlərinə yaxınlaşıb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, kürd silahlı dəstələri və digər yerli silahlı qruplaşmalar 20-dək kəndi nəzarətə alıb.
ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın aviasiyasının dəstək verdiyi kürd silahlı dəstələri Kobani uğrunda İŞİD silahlıları üzərində qələbə çaldıqdan sonra cənuba doğru irəliləməkdə davam edirlər.