İranda küçə rəssamları ölkə qadınlarının hüquqlarını özünə məxsus şəkildə müdafiə edib. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Tehran küçələrindən birində binanın divarına futbol üzrə İran yığmasının geyimində, ənənəvi baş örtülü, əlində “Dünya kuboku”-nu tutan qadının portreti çəkilib.
Qadın qab yumaq üçün vasitəni “dünya kuboku” kimi baş üzərinə qaldırıb. Bununla da layihənin müəllifləri İran qadınlarının idman tədbirlərinə tamaşaçı kimi getməsini yasaqlayana qaydalara etirazlarını bildiriblər.
Bu divar yazısı sosial şəbəkələrdə “uçub” və çoxlu sayda istifadəçi tərəfindən bəyənilib. Sosial şəbəkədəkilərin çoxu qadınlara qarşı bu yasağın ədalətsiz olduğunu bildiriblər.
Xatırladaq ki, İranda qadınların stadionda futbolu izləmək qadağandır.