Kubalı dissident, siyasi məhbus, Kubanın sabiq lideri Fidel Kastro Rusun keçmiş həmkarı Uber Matos 95 yaşında Mayamidə ölüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 1959-cu il Kuba inqilabı zamanı o, üsyançılar dəstəsinə başçılıq edib. Fidel Kastro hakimiyyət gəldikdən sonra ölkənin yeni rəhbərlini fəal şəkildə tənqid etməyə başlayıb.
1960-cı ildə Matos qiyama təhrikdə ittiham olunaraq, 20 il azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri 1979-cu ildə, həbs müddətinin başa çatmasına az qalmış azadlığına nail olublar.
Azadlığa çıxandan sonra o, Kubadan sürgün edilib. Matos bir müddət Kosta –Rikada yaşayıb. Oradan isə Mayamiyə, ABŞ ərazisinə köçüb.