Kubada baş verən dəhşətli yol qəzasında 13 nəfər ölüb, 34 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Santyaqo-de-Kuba əyalətində sərnişinlərin daşınması üçün nəzərdə tutulan 2 yük avtomobili toqquşub.
Ölənlərin arasında azyaşlı uşağın olduğu bildirilir. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.
2015-ci ilin yanvarından noyabr ayınadək Kubada 10 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rəsmi məlumata əsasən, adıçəkilən müddətdə yol qəzalarında 688 nəfər ölüb.