Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir
17 dekabr 2015 04:31 (UTC +04:00)

Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir

Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi bərpa olunacaq.

 

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq razılıq dekabrın 16-da Vaşinqtonda əldə edilib.

 

Razılaşma hər iki ölkənin  aviaşirkətlərinə hava əlaqəsinin bərpasına dair danışıqlara başlamağa imkan verəcək. Məlumata görə, bu proses bir neçə ay çəkə bilər.

 

Xatırladaq ki, 2015-ci il, dekabrın 17-də ABŞ prezidenti Barak Obama Kuba ilə diplomatik münasibətlərin tam bərpa edilməsi və Havanada ABŞ səfirliyinin açılması barədə sənəd imzalamışdı. 2016-cı ilin iyulunda isə dövlət katibi Con Kerri Kubada açılmış yeni ABŞ səfirliyinin binası üzərində dövlət bayrağının qaldırılması mərasimində iştirak etmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar