Kuba hökuməti ABŞ-la münasibətlərin bərpası fonunda ötən gün Vaşinqtona Quantanamo hərbi bazasının yerləşdiyi ərazinin geri qaytarılması daxil olmaqla bir neçə tələb irəli sürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Kuba hakimiyyəti həmçinin yarıməsrlik iqtisadi embarqonun götürülməsinin vacibliyini qeyd edib. Həmçinin ABŞ-dan Kuba ərazisinə təxribat xarakterli televiziya və radio verilişlərinin yayımına son qoyulmasının da vacibliyi vurğulanıb.