Krımdakı Ukrayna vətəndaşları da prezident seçkisində iştirak edə bilər.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Andrey Maqera bildirib ki, seçicilər yarımadanın istənilən hissəsindəki seçki məntəqəsində prezidentliyə namizədə səs verə bilər.
Sədrin sözlərinə əsasən, səsvermədə iştirak üçün onlar mayın 20-dən gec olmayaraq, uyğun seçki məntəqəsinə ərizə ilə müraciət etməlidir.
Ukraynada prezident seçkisi mayın 25-də keçiriləcək.
Xatırladaq ki, Ukrayna hakimiyyəti Krımı Rusiya tərəfindən işğal olunan ərazisi sayır.