Krımın yeni baş naziri Rusiyadan kömək istədi - <span style="color:red;">YENİLƏNİB
01 mart 2014 12:56 (UTC +04:00)

Krımın yeni baş naziri Rusiyadan kömək istədi - YENİLƏNİB

0

Krımın yeni baş naziri Sergey Aksyonov təcili bəyanatla çıxış edib.


 

APA-nın məlumatına görə, S.Aksyonov Rusiya prezidenti Vladimir Putinə müraciət edib və muxtar respublikada sabitliyin təmin olunması üçün Moskvadan yardım istəyib.

 

Krımın yeni baş naziri həmçinin bəyan edib ki, müvəqqəti olaraq muxtar respublikanın bütün güc strukturlarını özünə tabe etdirib. Bu qərarı S.Aksyonov respublika ərazisində naməlum silahlı qruplaşmaların olması, habelə Krımdakı güc strukturlarının duruma nəzarət etmək iqtidarında olmaması ilə əlaqələndirib.

 

“Bütün komandirlər yalnız mənim göstərişlərimi icra edəcək. Razı olmayanlardan vəzifələrindən istefa vermək xahiş edirəm”, - deyə o vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1538

Oxşar yazılar