Krımın işğalına qarşı olan tatarlar “yoxa çıxır”
31 may 2014 23:31 (UTC +04:00)

Krımın işğalına qarşı olan tatarlar “yoxa çıxır”

Krımda ukraynayönlü ictimai fəalların “yoxa çıxması” davam edir. Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Leonid Korj və Timur Şahmərdanovun ardınca mayın 30-da 33 yaşlı Krım  tatarı Seyran Zinedinov da Simferopolda itkin düşüb.

 

Onun xanımı Lenara bildirib ki, son günlər həyat yoldaşı Timur Şahmərdanovun axtarışı ilə məşğul olub.

 

“Timurla o, bu ilin yazında Krımda hadisələr başlayanda tanış olmuşdu. Başqa uşaqlarla yanaşı o, da Ukrayna hərbi hissələrinin yaxınlığında növbətçilik edirdi. Hərbçilərə yemək və siqaret aparırdı. Dünən (mayın 29-da -red) o, axtarışın nəticələrini öyrənmək üçün Timurun qohumları ilə görüşməli idi. Görüşdən bir neçə dəqiqə sonra Seyranla əlaqə kəsilib. Onu görən olmayıb. Hara getdiyini də bilən yoxdur.

 

Hələ indiyədək onun evə gəlmədiyi vaxt olmayıb. Dünəndə onun telefonu bağlanıb” -deyə, Lenara bildirib.

 

Timur Şahmərdanovun qohumları deyib ki, Seyranla Timurun axtarışı barədə danışıblar  və o, gedib: “O, gedəndən 20 dəqiqə sonra xanımı zəng edib, ərinin evə gəlmədiyini deyib”.

 

Mənbə xatırladıb ki, bu həftənin əvvəlində ukraynayönlü Leonid Korj və Timur Şahmərdanov itkin düşüb. Onların hər ikisi evdən çıxıb və geri dönməyiblər.

 

Qohumları və yaxınları onların “yoxa çıxmasını” ukraynayölü mövqeləri və Krımın işğalına qarşı çıxmaları ilə əlaqələndiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar