Krımın işğalı Ukraynaya 83 milyard ziyan vurub
28 aprel 2014 22:23 (UTC +04:00)

Krımın işğalı Ukraynaya 83 milyard ziyan vurub

Krımın Rusiya tərəfindən ilhaq edilməsi Ukrayna iqtisadiyyatına 83 milyard dollar ziyan vurub. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Ukraynanın ədliyyə naziri Pavel Petrenko Kiyevdə keçirdiyi brifinqdə bu haqda açıqlama verib.

 

Onun sözlərinə əsasən, bura itirilmiş qazanc, faydalı qazıntı və dəniz şeflinin dəyəri daxil edilməyib.

 

 

Nazir onu da deyib ki, Krımda insan haqlarının pozulması ilə bağlı Avropanın uyğun məhkəməsinə əlavə müraciət olunacaq.

 

Ukraynanın Müdafiə Nazirliyi də Rusiya hərbçiləri tərəfindən Krımda ələ keçirilən əmlakla bağlı iddia qaldırmaq niyyətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar