Krımdakı ukraynalı hərbçilərə atəş açmağa icazə verilib
18 mart 2014 23:10 (UTC +04:00)

Krımdakı ukraynalı hərbçilərə atəş açmağa icazə verilib

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Krımda ukraynalı hərbçinin qətlə yetirilməsi ilə əlaqədar yarımadadakı hərbi hissələrə silah tətbiqinə icazə verilib.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Ukrayna Silahlı Qüvvələri baş komandanı məsələ ilə bağlı bəyana verib: «Simferopoldakı Silahlı Qüvvələrin əməliyyatı təmin baş idarəsinin 13-cü fotoqrammetrik mərkəzinə Rusiya Silahlı Qüvvələrinin hərbi geyimini geyinmiş hərbçilər  hücum edib. Bu  zamanı giziri S.V. Kakurinin öldürülüb. Bununla əlaqədar Krım Muxtar Respublikasındakı Ukrayna Silahlı Qüvvələrinə silah tətbiqinə icazə verilir». 

 

Mənbə xatırladıb ki, silahlı basqın nəticəsində kapitan V.A Fedun isə qolundan və boynundan yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1510
avatar

Oxşar yazılar