“Rusiyanın təyin etdiyi hakimiyyət tərəfində Krımdakı tatarlara qarşı təzyiqlər günü-gündən artmaqdadır. Terrorçuluqda ittiham edilən, tatarların evində bu bəhanə ilə axtarışlar aparılır”.
Lent.az-ın “UNN” agentliyinə istinadən məlumatına görə, bunu Krım Tatar Məclisinin mətbuat katibi Əli Həmzin açıqlamasında bildirib.
“Krım tatarları indiki kimi heç vaxt belə təhlükə ilə üzləşməyib. Mayın 14-də Krımı tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmilovun (Mustafa Əbdülcəmil - red.) mənzilində axtarış aparılıb. Axtarış aparılan zaman deputat evdə olmayıb. Bu gün axşam saatlarında tatarların evində kütləvi axtarış başlayıb.
Mayın 15-də səhər saat 5 radələrində mənim də evimdə, iştirakı olmadan axtarış aparıldı ”-deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, bir neçə gün əvvəl kütləvi halda 150-dən çox müsəlman polis şöbələrinə aparılıb, onların barmaq izləri götürülüb, şəkilləri çəkilib: «Onlardan məscidlərə getmələrinin səbəbinin açıqlanması tələb olunub. Baş verənlərə görə yalnız Rusiya deyil, Budapeşt memorandumunu imzalayanlar da məsuliyyə daşıyır».