Krım yarımadasında keçiriləcək referenduma etiraz yürüş keçirilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ukrayna bayrağını götürən aksiyaçılar yarımadanın baş avtomobil yolu boyu canlı zəncir yaradıblar.
Onlar «Referenduma boykot!», «Biz sülh tərəfdarıyıq!» və «Biz Ukraynayıq!» şüarlarını söyləyiblər.
Mənbə bildirib ki, aksiyada Krım türkləri (tatarlar),Ukrayna təşkilatlarının fəalları, sakinlər iştirak edib.
«Frans press»-in məlumatına əsasən, Baxçasarayda yüzlərlə Krım tatarı da referenduma qarşı etiraz aksiyası keçirib.
Krım tatarı siyasətçi Əbdürəhman Egiz «BBC»-yə müsahibəsində bildirib ki, Krım tatarlarının həyatı təhlükədədir.
«Burada de-fakto Ukrayna hakimiyyəti yoxdur. İstənilən an bizə qarşı zor tətbiq edilə bilər» -deyə, o, vurğulayıb.