Krımda separatçı hərəkat davam edir, Ukrayna qarant ölkələrə müraciət edəcək
Ukrayna Ali Radası Budapeşt memorandumu əsasında ölkənin ərazi bütövlüyünə qarant olan ölkələrə Krımdakı vəziyyətlə bağlı müraciət qəbul etməyə hazırlaşır. 20 il əvvəl Rusiya Konstitusiyasının hazırlanmasında bilavasitə iştirak etmiş dünyanın tanınmış hüquqşünaslarından alman Otto Luxterxand bəyan edib ki, Krım öz statusunu müstəqil şəkildə müəyyənləşdirmək hüququna sahib deyib. Krım Ali Şurasının deputatı Nikolay Sumulidi isə gecə saatlarında qəbul olunan separatçı qərarın hüquqi əsası olmadığını deyib. Onun sözlərinə görə, qərarın qəbul edildiyi növbədənkənar sessiyada yetərsay olmayıb. O deputat həmkarlarından yalnız 37 nəfərin iclasda iştirak etdiyini bildirib. O artıq üç aydır parlamentin iclaslarına qatılmadığını, lakin adının dünənki qərarın lehinə səs verənlər siyahısına daxil edildiyini deyib.
Simferopol aeroportunu ələ keçirməkdə şübhəli bilinən şəxslər isə artıq hava limanını tərk ediblər. 150-yə yaxın silahlı şəxsin hava limanından çəkilərək əsas yollarda blok-postlar qurduğu bildirilir.
741