Krımda exit-poll: 93 faiz "Rusiya" deyir... - <span style="color:red;">YENİLƏNİB
17 mart 2014 09:59 (UTC +04:00)

Krımda exit-poll: 93 faiz "Rusiya" deyir... - YENİLƏNİB

 

Ukraynanın Krım Muxtariyyatında keçirilən referendumda səsvermə başa çatıb. Hazırda səslərin sayılması prosesi gedir. Krım Sosial və Siyasi Araşdırmalar İnstitutunun keçirdiyi exit-pollun nəticələrinə görə, seçkidə iştirak edənlərin 93 faizi Krımın Rusiyanın idarəçiliyinə keçməsinə səs verib.

Bununla belə, səsvermənin saxtalaşdırıldığı barədə iddialar da kifayət qədərdir. Krım Tatar Məclisinin Seçki Komissiyasının sədri Zair Smedlayev bildirib ki, Baxçasarayda seçici fəallığını yüksəltmək üçün seçiciləri məntəqələrə avtobuslarla daşıyırlar.

 

Səsvermənin davam etdiyi saatlarda Simferopolda (Ağməscid) parlament və Nazirlər Kabineti başda olmaqla bir çox dövlət binalarının üzərində Rusiya bayraqlarının asılı olması diqqət çəkib.

 

Krım tatarları, öncədən bəyan etdikləri kimi, referendumu boykot ediblər. Simferopolda, tatarların sıx yaşadığı Çistinkaya məhəlləsindəki seçki məntəqəsinin sədri Ala Fyodorova bildirib ki, bölgədə yaşayan tatarlardan səsverməyə cəmi bir neçə nəfər gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1378
avatar

Oxşar yazılar