Krım Hüquq Şəbəkəsinin əlaqələndiricisi Aleksandra Dvoretskaya bildirib ki, yarımadada rusdillilərin qorunması Adı altında ukraynadillilərin kütləvi təqibinə başlanılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki, Simferopolda üç ukraynalı oğurlandıqdan sonra Krımda Ukraynanın bütövlüyü tərəfdarlarının kütləvi «ovuna başlanılıb».
«Ukraynanın bütövlüyünü dəstəkləyən və özünü bu ölkənin vətəndaşı sayanların burada qalması təhlükəlidir»-deyə, Dvoretskaya söyləyib.
Hüquq müdafiəçisi vurğulayıb ki, Krım Muxtar Respublikasındakı əhalinin 23 faizini təşkil edən etnik qrup ən müdafiəsiz təbəqədir.