Krımda 16 nəfər  Rusiya pasportundan imtina edib
08 aprel 2014 06:49 (UTC +04:00)

Krımda 16 nəfər  Rusiya pasportundan imtina edib

Krımda Rusiya vətəndaşlığı ilə bağlı pasportların verilməsi davam edir. Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, 16 nəfər Rusiya pasportundan imtina edib.

 

Rusiya Federal Miqrasiya Xidməti bildirib ki, yarımadada 2 milyon nəfərə RF pasportu veriləcək. Qurumun məlumatına əsasən, bu məqsədlə könüllülər  və ictimai qurumların da işə cəlb olunmasına başlanılıb.

 

Mənbə xatırladıb ki, indiyə kimi 145 min krımlıya Rusiyanın vətəndaşlığı pasportu verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Oxşar yazılar