“Rusiyadan Krıma 400 Xüsusi Təyinatlı Polis dəstəsi və texnika gətirilib ”.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bunu Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmilov (Mustafa Əbdülcəmil) deyib.
O, vurğulayıb ki, heç şübhəsiz onlar mayın 18-də Krım tatarlarının deportasiya gününə həsr edilən tədbirinə nəzarət etmək üçün yarımadaya yeridilib.
M.Əbdülcəmil onu da qeyd edib ki, Krımdakı “işğalçı hakimiyyət” keçiriləcək mitinqə Ukrayna bayraqlarının çıxarılmasını da yasaqlayıb.
Xatırladaq ki, 1944-cü il mayın 18-də də Krım tatarları Stalinin göstərişi ilə öz yurdlarından zorla çıxarılaraq, Orta Asiyaya sürgün edilib. Bu il həmin milli faciənin 70-ci ildönümüdür.