Ukrayna hərbi qulluqçuları Krımdan çıxarılmayacaq. Lent.az-ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri İqor Tenyux açıqlama verib.
“Xeyr, biz qalırıq”- deyə, Tenyux bildirib.
Xatırladaq ki, martın 18-də Krımın Nazirlər Şurasının sədri, özünü Krım və Sevastopolun ali baş komandanı elan etmiş Sergey Aksenov ukraynalı hərbi qulluqçulara ya Krım tərəfə keçməyi, ya da istefaya çıxmağı təklif edib. Bu gün isə Ukraynanın Hərbi Dəniz Qüvvələri qərargahının ərazisinə hücum olub. Hərbi qulluqçular onlara müqavimət göstərməyiblər.
Qeyd edək ki, bu gün Ukraynanın müdafiə naziri İqor Tenyux və baş nazirin I müavini Vitali Yarema təcili Krıma göndərilib. Hər iki şəxs Rusiyaya birləşdirilən əraziyə Ukraynanın baş naziri Arseni Yatsenyukun göstərişi ilə gedib.