Mayın 8-də ABŞ Konqresində Krım tatarlarına qarşı münasibət müzakirə edilib.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, Konqresin Xarici İşlər Komissiyasında “Rusiyanın Ukraynadakı istiqrarsızlıqda rolu” mövzusunda toplantı keçirilib.
İclasda Konqres üzvü Bill Kitinq Rusiya tərəfindən Krım ilhaq edildikdən sonra oradakı Krım tatarlarına yönəli münasibətdən narahatlıqlarını dilə gətirib.
Krım tatar liderlərinin Rusiya səlahiyyətliləri tərəfindən fiziki təzyiqə məruz qalmaları, onların ölkədən çıxmağa məcbur edildiyini xatırladan Keating , Nulanddan soruşub: “18 may 1944-cü ildə Krım tatarları sürgün edilib. Bu faciəli olayın 70-ci ildönümünün yaxınlaşdığı bir vaxtda Krım tatarlarına qarşı təzyiqin artacağını gözləyirsinizmi?”
Konqres üzvü David Cicilline də Krımdakı problemləri gündəmə gətirib.
Konqresmen Adam Kinzenger Krım məsələsinin gündəliyi az-az çıxarıldığını söyləyib. “Bu məni narahat. Bu, Krımın Rusiyaya qatıldığı kimi bir hiss yaradır ”- deyə, baş verənləri tənqid edib.
Suallara cavabında ABŞ dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə müavini Viktoria Nuland Krımda tatarların timsalında insan haqlarının pozulmasından çox ciddi şəkildə rahatsız olduqlarını bildirib.
Ukraynanın millət vəkili və Krım Tatar Milli Məclisinin keçmiş sədri Mustafa Əbdülcəmil Krımoğlunun 2019 -ci ilə qədər Krıma girişinin yasaqlandığını deyən, Nuland Sevastopolda Krımdan olan bir ictimai fəalın qaçırılaraq, işgəncəyə məruz qaldığını da xatırladıb.
O, son zamanlar 7 min tatarın Krımdan çıxarıldığını da qeyd edib: “Əgər yerli krımlılar (tatarlar nəzərdə tutulur-red.) Rusiya vətəndaşlığını qəbul etməzlərsə, o zaman onların mülkləri əllərindən alınır, torpaqlarından imtina etmələri tələb olunur. Sizin də bildirdiyiniz kimi Krım tatarlarının sürgününün 70-ci ildönümü yaxınlaşır. İnsan hüquqlarının qorunması ilə bağlı Rusiyanın öz təcrübəsini indi də Krımda tətbiqindən narahatıq”.