Krım tatarlarının lideri NATO-da qəbul edildi - <span style="color:red;">YENİLƏNİB
15 mart 2014 10:18 (UTC +04:00)

Krım tatarlarının lideri NATO-da qəbul edildi - YENİLƏNİB

 

Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcəmil Krımoğlu bu gün Brüsseldə, NATO-nun mənzil-qərargahında yüksək səviyyədə qəbul edilib. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, M. A. Krımoğlu NATO baş katibinin amerikalı müavini, ABŞ-ın Rusiyadakı sabiq səfiri Aleksandr Verşbou (Alexander Vershbow) və 28 üzv dövlətin NATO-dakı səfirləri ilə görüş keçirib. 

 

Görüşdən sonra jurnalistlərə açıqlama verən Mustafa Abdulcəmil bildirib ki, Ukrayna ilə müharibə Rusiyanın çöküşünə səbəb olacaq: “Krımdakı mövcud vəziyyət Rusiya dövlətinin avantürasıdır. Bu, nə Krım tatarlarının, nə də Ukraynanın xeyrinədir və Rusiyanın özünə də fayda gətirməyəcək. Ukrayna ilə müharibə Rusiya üçün sonun başlanğıcı olacaq və onun çökməsinə gətirib çıxaracaq. Lakin bu aqibət təhlükəlidir, çünki söhbət nüvə dövlətinin dağılmasından gedir”.   

 

M. A. Krımoğlu Krım tatarlarının yarımadaya BMT sülhməramlılarının yeridilməsini istədiyini söyləyib. O, bunun üçün Təhlükəsizlik Şurasının qərarının tələb olunduğunu və Rusiyanın mütləq belə bir qərara veto qoyacağını anladığını vurğulayıb: “Lakin hər halda, bu proseduru başlatmaq lazımdır”. 

 

Krım tatarlarının lideri qeyd edib ki, yaranmış vəziyyətdə Qərbin daha fəal reaksiyasına ümid edirdi: “BMT-nin və ya NATO-nun qüvvələri o vaxt gücdən istifadə edir ki, çoxlu qan axsın. Biz isə istəyərdik ki, güc tətbiqi üçün bizim qırğına məruz qalmağımızı gözləməsinlər. Problem bundadır. Bizə cavab verdilər ki, güc tətbiqindən söhbət getmir, müəyyən tədbirlər paketi hazırlanıb ki, bunlar Rusiyaya - əgər bu dövlət Ukraynanın ərazi bütövlüyünə hörmət göstərməsə - baha başa gələcək. Yaxşı, bəs Rusiya bu əvəzi ödəməyə hazır olsa və hər şeyə rəğmən bizim ərazimizi tutsa necə?.. Bax, bu suala mən heç cür cavab ala bilmirəm”.

 

M. Abdulcəmil Krımoğlu NATO təmsilçilərini və avropalı diplomatları Krımdakı referendumun nəticələrini diqqətə almamağa çağırıb: “Bu, seçici fəallığından və ya seçicilərin iradəsindən deyil, bizim ərazimizə qoşun yeridənlərin arzusundan asılıdır və nəticələr əvvəlcədən müəyyənləşdirilib. Belə bir referendumun – üstəlik hərbi işğal vəziyyətində - keçirilməsi elementar demokratik normaların ələ salınması deməkdir”.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1541

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03