Martın 11-də Ukraynanı xalq deputatı, Krım Tatarları Məclisinin keçmiş başçısı Mustafa Cəmiloğlu (Cəmilev) Moskvaya işgüzar səfərə gedib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Rusiya paytaxtında o, Tatarıstan Respublikasının keçmiş prezidenti, dövlət müşaviri Mintemir Şaymiyevlə görüşəcək.
Görüşün təşəbbüskarı Şaymiyevdir.
Səfər zamanı Krımdakı vəziyyət, eləcə də Krım tatarları ilə Volqaboyu, Uralyanı tatarların qarşılıqlı münasibətləri müzakirə olunacaq.
Mənbə bildirib ki, Mustafa Cəmiloğlunun Moskvaya səfəri Ukrayna rəhbərliyi ilə razılaşdırılıb.
Xatırladaq ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin də onu Moskvaya dəvət etmişdi.