Krım Tatar Məclisi və bütünlük Krım tatarları Ukrayna hakimiyyətindən onlara yerli, əsas xalq statusu verilməsini gözləyir.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, məclisin müraciətində bildirilib: «Rusiya hakimiyyətinin Krımı işğal etdiyini bilirik. Ona görə də biz Ukrayna parlamentinə müraciət edərək, Krım tatarlarına yerli xalq statusunu tanımağa və Krım tatarlarının milli müqəddəratının təyin edilməsi haqqının təsdiqlənməyə çağırırıq».
Bunu «RadioSvaboda»-ya məclisi sədrinin müavini Nəriman Cəlal deyib. O, əlavə edib ki, Krım tatarlarının öz müqəddəratını təmin etməsi haqqının tanınması ümumukrayna referendumu ilə müəyyənləşə bilir.
Onun sözlərinə görə, Krımda vəziyyətin inkişafından asılı olmayaraq, belə bir qərar yarımadada Ukrayna dövlətçiliyini təmin edə bilər.
«Hamıya məlumdur ki, Krım tatarları Ukraynanın suverenliyi və ərazi bütövlüyü davamlı olaraq, müdafiə edib. Ona görə də Ukrayna parlamenti və Ukrayna xalqı yerli xalq olmağımızla bağlı statusumuzu tanımaqla Ukrayna dövlətçiliyinin yarımadada bərqərar olmasına imkan yaradır»deyə müavin vurğulayıb.