Krım tatarları milli-ərazi muxtariyyətinin yaradıldığını elan edib - <span style="color:red;">YENİLƏNİB
29 mart 2014 21:18 (UTC +04:00)

Krım tatarları milli-ərazi muxtariyyətinin yaradıldığını elan edib - YENİLƏNİB

0
Baxçısaray şəhərində növbədənkənar sessiyaya toplaşan Krım-tatar xalqının Qurultayı milli-ərazi muxtariyyətinin yaradılması haqqında qərar qəbul edib.

 

“Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyətinin yaradılması istiqamətində siyasi və hüquqi prosedura başlanılması haqqında elan olunsun. Krım-Tatar Məclisinə tapşırılsın ki, Krım-tatar xalqının  tarixi vətənində milli-ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnun təmin olunması ilə bağlı BMT, Avropa Şurası, AB, ATƏT və İƏT kimi beynəlxalq təşkilatlar, dövlətlərin parlamentləri və hökumətləri ilə bütün məsələlər üzrə münasibətlər qurulsun”, deyə qərarda bildirilir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Qurultay, həmçinin,  Avropa Şurası, AB, ATƏT və İƏT-ə, xalqlara, dövlətlərin parlament və hökumətlərinə müraciət edərək, Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnu dəstəkləməyə çağırıb.     

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Krım-Tatar Məclisinin sədri Refat Çubarov jurnalistlərə bildirib ki, qeyd olunan sənəd Krımın işğal olunmasını və yarımadanın bir hissəsinin Ukrayna tərəfindən itirildiyini tanımır.  

 

Çubarov, həmçinin, Krım tatarları muxtariyyətə meylli olduqlarını təsdiq etmək üçün milli referendum keçirəcəklərini istisna etməyib.  

 

Qeyd edək ki, Qurultayın növbədənkənar sessiyasında Məclisin bütün heyəti, Krımın müftisi Əmirəli Ablayev, Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin iştirak edib.     

***

14.18

Krım tatarları milli-mədəni muxtariyyət yaratmaq niyyətindədirlər.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Krım tatar məclisinin sədri Refat Çubarov Baxçasarayda keçirilən qurultayda bəyan edib.

 

 

Onun sözlərinə görə, Krım tatar məclisi Krım xalqının milli-mədəni muxtariyyətinin yaradılması ilə bağlı hüquqi prosedurlara başlayır.

 

“Biz qurultaydan xahiş edirik ki, məclisə bütün dövlətlərə, xüsusən də tərkibində milli respublikaların olduğu dövlətlərə müraciət etmək üçün tapşırıq versin. Biz Rusiya konstitusiyasını yaxşı öyrəndik. Onlardan Krım tatarlarının öz müqəddəratını təyin etmək hüququnu təmin etməyi tələb edəcəyik”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1434

Oxşar yazılar