Krımdakı tatarlar deportasiya qurbanlarının xatirəsinin qəbiristanlıqda yad edilməsi ilə bağlı Moskvanın yarımadaya təyin etdiyi hakimiyyətin təklifini qəbul etməyib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Krım Tatar Məclisinin Simferopolun mərkəzindəki Ağməsciddə mərasim keçirməyi planlaşdırdığı haqda məlumat yayılıb.
***
22.50
Rusiya tərəfindən işğal olunan Krımda tatarlara deportasiyanın 70-ci ildönümünə həsr olunan bütün kütləvi tədbirləri qadağan edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Moskva tərəfindən təyin olunan yerli hakimiyyət bu münasibətlə onlara Simferopoldakı “Abdal” müsəlman qəbiristanlığında mərasim keçirməyə icazə verib.
Mayın 17-də Krım tatarlarının məclisi Simferopolda kütləvi aksiya keçirməyi təxirə salıb.