Krım tatar məclisi sədrinin çağırışı
02 mart 2014 05:43 (UTC +04:00)

Krım tatar məclisi sədrinin çağırışı

Krım tatarları məclisinin sədri Rəfat Çubarov Krım sakinlərini evdə qalmağa, etiraz aksiyalarında fəallıq etməməyə və təxribatlara uymamağa çağırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yerli tatar telekanalına müsahibəsində o, deyib : «Biz hesab edirik ki, münaqişə elə bir həddə çatıb, onu yalnız beynəlxalq səviyyədə həll etmək mümkündür.

 

Beynəlxalq ictimaiyyətin münaqişənin həlli yollarını axtardığı bir vaxtda biz bütün sakinlərin kütləvi aksiya təşkil etməməyə, siyasi rəqibləri ilə münasibətləri aydınlaşdırmaq üçün istənilən tədbirləri keçirməməyə çağırırıq. İstənilən qığılcım Krım cəmiyyətindəki kövrək sülhü dağıda bilər»-deyə, Çubarov vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2501
avatar

Oxşar yazılar