Kreditorlardan Yunanıstana yeni şərtlər
31 iyul 2015 01:14 (UTC +04:00)

Kreditorlardan Yunanıstana yeni şərtlər

Afina Avropa İttifaqının digər ölkələri ilə əvvəlki borcları üzrə ödənişlərə dair razılığa gəlməyəcəyi təqdirdə Beynəlxalq Valyuta Fondu Yunanıstana maliyyə yardımının növbəti paketini ayıtmayacaq.   

 

APA-nın məlumatına görə, bu barədə “BBC”-yə BVF-dəki mənbə bildirib. Məlumata görə, danışıqlar prosesinin iştirakçıları müəyyən güzəştlərə getməlidir: Avrozona ölkələri Yunanıstanın borc yükünü azaltmalı, Afinaya isə əlavə islahatlar gərəkdir.  

 

Bir neçə gün əvvəl Yunanıstanın Maliyyə Nazirliyi yeni kredit xəttinin açılması ilə bağlı BVF-ə   rəsmi sorğu göndərib.  

 

Avqustun 20-də beynəlxalq kreditorların Yunanıstanla 86 mlrd avro məbləğində vəsaitinin ayrılması barədə yeni saziş imzalayacağı gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar