Kramatorska endirilən raket zərbəsi 15 nəfərin həyatına son qoyub
11 fevral 2015 02:54 (UTC +04:00)

Kramatorska endirilən raket zərbəsi 15 nəfərin həyatına son qoyub

0

Ukraynanın Kramatorsk şəhərinə endirilən artilleriya zərbələrinin nəticəsində ölənlərin sayı 15-ə çatıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından (UMTMŞ) bildirilib.

 

“15 nəfər ölüb, 63 nəfər yaralanıb, onlardan 5-i uşaqdır”, deyə qurumun mətbuat xidmətindən bildirilib.

 

Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün parlamentdə çıxışı zamanı separatçıların Kramatorskda xüsusi əməliyyatın baş qərargahına reaktiv atəş sistemlərindən zərbə endirdiklərini bildirib. Separatçılar bu bəyanatı təkzib ediblər.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar