İspaniya kralı Filippin bacısı şahzadə Kristina ona qarşı irəli sürülən vergi cinayəti və çirkili pulların yuyulması işi ilə bağlı apellyasiya məhkəməsinə müraciət edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu il iyunun sonunda İspaniya məhkəməsi Kristinanı əri İnyaki Urdanqarinanın törətdiyi cinayətlərdə əli olduğu üçün ittiham edib.
Əgər bu ittihamlar təsdiqlənərsə, o zaman kralın ailə üzvü ilk dəfə istintaqa cəlb ediləcək. O,təqsirini etiraf edərsə, onda şahzadəyə 11 il iş kəsiləcək.
Bu iş üç ildən artıqdır araşdırılır. Ötən müddət ərzində kral ailəsinin nüfuzu xeyli düşüb