Britaniya kraliçası II Yelizavetanın cıdır atının qanında morfin aşkar edilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Bukingem sarayından bildirilib ki, “Estimeyt” adlı atın məşqçisi Maykl Stautdır. Həmin atın qanında yasaqlanmış maddə aşkarlanıb.
İlkin məlumata əsasən, müayinənin nəticəsinin müsbət olması xarab yemlə əlaqələndirilir.
Britaniyanın Atçılıq İdmanı İdarəsi bildirib ki, yarışdan sonra aparılan yoxlama nəticəsində 5 atın qanında morfin aşkarlanıb.
Mənbə xatırladıb ki, 2013-cü ilin iyununda Estimeyt Askotedə krallığın nüfuzlu cıdır yarışının qalibi olub.