Kraliça II Yelizavetanın adı Böyük Britaniyanın ən zəngin insanları siyahısından çıxarılıb. Lent.az-ın “Reuters” agentiliyinə istinadən məlumatına görə, “The Sunday Times” qəzeti Böyük Britaniyanın zəngin insanlarının illik siyahısını tutub. Siyahıda 300 britaniyalının adı var. Bu il kraliça 17 addım geriləyərək 302-ci yerə düşüb.
Siyahıda 1-ci yerdə sahibkar Varner Muzik Leonid Blavatnik durur. Onun dövləti 13.2 milyard funt (təqribən 20 milyard dollar) təşkil edir. Həmçinin siyahıda Roman Abramoviç (7.29 milyard funt) və Riçard Brensonun (4.1 milyard funt) da adı var.
Qeyd edək ki, Böyük Britaniyada ilk min zəngin insanın ümumi varidatı 547 milyard manat təşkil edir.