İspaniya kralı Xuan Karlos taxt-tacdan imtina edəndən sonra daha bir qeyri-adi hərəkət edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, iyunun 19-da onun oğlu Filippin kral kimi andiçmə mərasimi keçiriləcək.
Kral sarayından yayılan xəbərə əsasən, Xuan Karlos bu mərasimə qatılmayacaq: “Kral Xuan Karlos diqqətin yeni krala yönəlməsi üçün bu tədbirdə iştirak etməyəcək” .
Xatırladaq ki, 76 yaşlı monarx bu il iyunun 2-də taxt-tacdan imtina edib.