Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdül Əziz əl Səud payızda ABŞ-a səfər edəcək. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Eşton Karter kralla görüşündən sonra bildirib.
Görüş zamanı Karter krala prezident Barak Obamanın onun səfərini səbirsizliklə gözlədiyini bildirib.
Bundan əvvəl ABŞ prezidenti və Səudiyyə Ərəbistanının kralı Yəməndəki münaqişəni müzakirə ediblər.