Kral partlayış qurbanlarına 17 mln dollar ayırdı
03 iyun 2015 00:37 (UTC +04:00)

Kral partlayış qurbanlarına 17 mln dollar ayırdı

0

Səudiyyə Ərəbistanı hakimiyyəti mayın 22-də ölkənin şərqində məsciddə törədilən partlayış nəticəsində ölən şəxslərin hər birisinin ailəsinə bir milyon rial ( 274 min dollar) kompensasiya ödəyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Ər-Riyad” nəşri məlumat yayıb.

 

Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin tarixində törədilmiş ən böyük terror aktı nəticəsində zərər çəkənlərə, ümumilikdə,  61,5 mln rial (17 mln dollar) kompensasiya ayırıb.  

 

Partlayış nəticəsində xəsarət alan şəxslərə isə 0,5 mln rial (140 min dollarədək) yardım veriləcək.

 

Qeyd edək ki, mayən 22-də əhalisi şiə olan Əl Kodeyx şəhərinin məscidində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çoxu yaralanıb.   

 

 Terror aktına görə məsuliyyəti öz üzərinə İŞİD terror qruplaşması götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar