Kosmosa uçan raket partladı
29 iyun 2015 05:32 (UTC +04:00)

Kosmosa uçan raket partladı

“SpaceX” firmasına aid 2.4 ton yükü olan “Falcon9” yük raketi qalxdıqdan 2 dəqiqə sonra partlayıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, partlayış, raket Florida əyalətindəki “Cape Canaveral” bazasından Bakı vaxtıyla saat 19.21-də havaya qalxarkən baş verib. Raketin Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən heyət üçün zəruri əşyalar apardığı bildirilir. Partlayışın uçuş vaxtı naməlum səbəbdən baş verdiyi, mövzu ilə əlaqədar daha sonra açıqlama veriləcəyi bildirilib.

 

Xatırladaq ki, ötən il oktyabrın 29-da NASA-nın Vircinia əyalətinin Uollops (Wallops) adasındakı stansiyasından havaya qalxan raket havaya qalxdıqdan bir neçə saniyə sonra partlamışdı. Həmin raketin də beynəlxalq kosmik stansiyaya ərzaq və texniki vasitələr apardığı bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42